Yaponiyada ada suyun altında qaldı

02/11/2018 - 19:07 8 464 0   0  

Yaponiyanın şimal sahilləri yaxınlığında, Kuril adalarının cənubundakı kiçik və əhalisi olmayan Esanbe Hanakita Kodzima adası suyun altında qalıb.

“İnterfaks” xəbər verir ki, Yaponiya Sahil Mühafizəsinin son dəfə 1987-ci ildə araşdırma apardığı ada dəniz səviyyəsindən 1,4 metr yüksəklikdə idi.

Esanbe Hanakita Kodzima adası Yaponiya hökumətinin hüquqlarını bəyan edərək müstəsna iqtisadi zonasını genişləndirmək üçün 2014-cü ildə adlar verdiyi 158 xırda adadan biridir.