Yanan avtomobil yolda tıxac yaratdı - FOTO

23/11/2018 - 21:28 691 0   0  

Zaqatala rayonunda avtomobil yanıb, yolda qısamüddətli tıxac yaranıb.

Suveren.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Mahir İsmayıl oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı 90 UP 119 dövlət qeydiyyatı nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrikində yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Avtomobilin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı magistral yolda qısamüddətli tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır. (report)