Yağıntısız küləkli hava şəraiti davam edəcək

27/11/2018 - 15:49 2 470 0   0  

Noyabrın 28-də Bakıda və Abşeronda yağıntısız küləkli hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +14 +18 dərəcəyə qədər isinəcək. Güclü cənub küləyi əsəcək.

Ölkənin rayonlarında da yağıntı gözlənilmir, səhər və axşam duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gündüz aran rayonlarında +13 +18 dərəcə, dağlarda +14 dərəcəyə qədər isti təşkil edəcək. Dağlarda gecə -2 dərəcə şaxtadan +3 dərəcəyə qədər isti olacaq.