Xəzər Rayon İcra Hakimiyyətinin başçısı ordenlə təltif edilib - SƏRƏNCAM

18/12/2018 - 17:03 2 854 0   0  

Prezident İlham Əliyev Gülağa İslamovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, dekabrın 19-da Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun 70 yaşı tamam olur.