Xüsusi Təyinatlılar cinayətkar dəstələri tunellərdə sıxışdırdı - 300 nəfər...

19/11/2018 - 12:14 7 285 0   0  

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlıları (Bordo Berelilər) Azad Suriya Ordusu ilə birlikdə Afrin şəhərində hərbi əməliyyatlara başlayıb. “Zeytun budağı” hərəkatı ilə PYD/YPG-dən təmizlənən şəhərə ikinci girişin səbəbi sakinlərə zülm edən, oğurluq, qəsbkarlıqla məşğul olan cinayətkar dəstələrdir.

Bölgədəki təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, TSQ ilə ASO 300 nəfərlik Əbu-Həvlə və Əhrar əl Şarkiyə dəstələrinə qarşı hərəkətə keçib. ASO tərəfindən gerçəkləşdirilən əməliyyat dinc sakinlərin canlı qalxan kimi istifadə edilməsinə görə yavaş aparılır. Cinayətkar dəstələr Afrinin mərkəzindəki iki nöqtədə sıxışdırılıb. Dinc sakinlər təxliyə edilib, cinayətkarlar qərargah nöqtələri və tunellərdə həbs edilib./Publika.az