Xətaiyə yeni başçı təyin olunacaq... - Müavinlərdən biri iddialıdır

09/01/2019 - 12:48 2 956 0   0  

Keçən ilin dekabr ayında Razim Məmmədovun Xətai rayon icra hakimiyyətinin başçısı postundan alınmasının ardından boş qalan sözügedən vəzifəyə təyinat gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Məlumatı verən mənbə iddia edir ki, hazırda icra başçısının müavini postunu tutan şəxslərdən biri rəhbər gəlmə tədarükündədir.
Qeyd edək ki, dia.az-a məlumat verən mənbə iddialı müavinin kimliyini açıqlayıb və redaksiyamızın əməkdaşları həmin şəxslə əlaqə yaratmaq istəsə də, telefonlara cavab verilməyib.
Bildirək ki, icra hakimiyyətinin digər yetkililəri də bu barədə danışmaq istəməyiblər.