Xızıda oğru cinayət başında yaxalandı

24/01/2019 - 12:10 2 353 0   0  

Oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Suveren.az-a verilən məlumata görə, yanvarın 22-də saat 23 radələrində Xaçmaz dəmiryolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının sayıqlığı əticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib.