XƏBƏRDARLIQ: İran hərbi hücum strategiyasına keçir

28/01/2019 - 16:51 1 369 0   0  

Milli maraqlarına təhdid yaranarsa, İran hərbi hücum strategiyasının reallaşdırılmasına start verə bilər.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri bu cür bəyanatla çıxış edib.

“Bizim digər dövlətlərin ərazisinə iddiamız yoxdur, amma öz maraqlarımızın müdafiəsi naminə biz hücum strategiyasından istifadəni məqbul görürük. Bu cür yanaşma düşməni İrana qarşı mümkün təcavüz fikrindən daşındırmaq üçün istifadə edilə bilər. Millətin və dövlətin mənafeyinə təhdid yaranarsa, İran əli-qolu bağlı şəkildə otura bilməz. Elə bu səbəbdən də hərbi təlimlər proqramımıza dəyişikliklər edərək, bu il Hörmüz boğazında, Fars və Oman körfəzlərində, o cümlədən də, quruda və havada təlimlər keçirdik. Zərurət yaranarsa, silahlı qüvvələrimiz strategiyanı dəyişməyə hazır olmalıdır”, - deyə Baqeri vurğulayıb.