XARİCİ İŞLƏR NAZİRLİYİNDƏKİ ƏMƏLİYYATIN PƏRDƏARXASI – Ölkədə doğrudan da çox mürəkkəb və təhlükəli bir vəziyyət hökm sürdür…

03/07/2020 - 18:00 5 734 2   0  

DTX-nın Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat-istintaq tədbiri ölkədə doğrudan çox mürəkkəb və təhlükəli bir vəziyyətin hökm sürdüyünü göstərir.

Əks təqdirdə bu cür mötəbər bir qurumun xüsusi nəzarət altına alınmasına dövlət rəhbərliyi qətiyyən razılıq verməzdi. Ölkənin xarici siyasətini həyata keçirən qurumda təsəvvür edin hansı proseslər cərəyan edirmiş ki, dövlət bunun üzərinə getməyə məcbur olub. Məmmədyarov düşünməli və oğluna Nyu -Yorkda 4 milyon dollara dəbdəbəli mənzil alarkən bunu dərk etməliydi. Yəqin istintaq çox mətləblərə aydınlıq gətirəcək. Nazirliyin fəaliyyəti ilə əlaqədar DTX-nın bu təşəbbüsünə ölkə vətəndaşlarının dəstəyini görmək istərdim.

Qanundankənar, hətta ağır cinayət motivli əməllərə yol verdiyinə dair məlumatların dəqiqliyinə, səhihliyinə heç bir şübhə yeri yoxdur. Bu mənada ki, DTX-nın əməliyyatına qədər də Xarici İşlər Nazirliyində baş verən hadisələrlə bağlı ardı-arası kəsilməyən yazılarda Elmar Məmmədyarovun ölkəyə hörmət gətirməyən bərbad obrazı ilə tanış olurduq. Bundan sonra onun beynəlxalq aləmdə Azərbaycanı təmsil etməyə daha heç bir haqq qalmadı.

Göründüyü kimi, dövlət artıq güzəşt limitini tükətmək üzrədir…

Eldar SABİROĞLU