Xaricə tələbə göndərən tədris mərkəzinin rəhbərinin işi - 100-ə yaxın zərərçəkən var

28/03/2019 - 11:44 1 786 0   0  

"Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, E.Məmmədzadə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.

Məlumata görə, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E.Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.

Bu iş üzrə 100-ə yaxın zərərçəkmiş şəxs var. Məhkəmə iclası aprelin 2-də davam etdiriləcək.