Xamneyi Qasım Süleymaniyə “Zülfiqar” ordeni verdi

12/03/2019 - 14:38 2 407 0   0  

“Allah səni şəhidliklə mükafatlandırsın”

İranın ali dini rəhbəri ayətullah əl-üzma Seyid Əli Xamneyi İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general-mayor Qasım Süleymanyə “Zülfiqar” ordeni təqdim edib. Bu xəbəri İranın yarımdövlət xəbər agentliyi olan “Mehrnews” yayıb.
Generalı xeyli tərifləyən ali rəhbər ona “əziz qardaşım” deyə müraciət edib. Xamneyi bildirib ki, general “şəhid kimi ömrünü başa vuracaq”: “Əlbəttə, bu, tezliklə baş verməyəcək. İslam Respublikasının onun xidmətinə bundan sonra da neçə-neçə illər ehtiyacı olacaq. Ancaq mən ümid edirəm ki, Allahın iradəsi ilə bu xidmət sonda şəhidliklə mükafatlandılılacaq”.
Qasım Süleymanyə ordenin ad günü münasibəti ilə verildiyi bildirilir. O da maraqlıdır ki, Xamneyi bu barədə “Twitter” hesabı üzərindən şəxsən məlumat yayıb.
Xatırladaq ki, “Zülfiqar” ordeni 1856-cı ildə İran şəhanşahı soydaşımız Nəsrəddin şah Qacar tərəfindən təsis edilib./musavat
https://en.mehrnews.com/news/143308/Ayatollah-Khamenei-s-statements-when...