Xaməneidən İDDİA: "Daxili müharibə planları qururlar"

12/12/2018 - 17:35 7 081 0   0  

İranın dini lideri Ayatullah Xamənei ölkəsinin ABŞ-la əlaqələrilə bağlı bir sıra iddialar səsləndirib.

Suveren.az İran KİV-nə istinadən xəbər verir ki, Xamənei ABŞ-ın 2019-cu ildə İranda vətəndaş müharibəsi törədəcəyini irəli sürüb. 
Dini lider ABŞ-ın son 2 ildə İrana qarşı təzyiqlərini artırdığına işarə edib: "ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır".