Xalxalda ÖLÜM - Ovçu təsadüfən özünü "ovladı"

21/11/2018 - 18:06 535 0   0  

İranın Ərdəbil vilayətinin Xalxal rayonunda ovçu öz tüfənginin gülləsinə tuş gələrək ölüb.

Trend-in məlumatına görə, hadisə kəklik ovu zamanı baş verib.
Xalxal qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əhməd Qənbəri deyib ki, 43 yaşlı ovçu 4 yoldaşı ilə birlikdə ova gedib.Ov zamanı qəfildən hündürlükdən dərəyə yıxılıb:
"Yıxılarkən öz tüfəngindən atəş açılıb. Yoldaşları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb".