Xalid Bağırovun REAL-ın İdarə Heyətindən istefa verməsinin pərdəarxası - SENSASİON İDDİALAR

25/12/2018 - 15:06 1 930 0   0  

Dekabrın 23-də vəkil Xalid Bağırovun REAL-ın İdarə Heyətindən istefa verməsi ictimai-siyasi cameədə şok effekti yaratsa da, bunun gerçək səbəblərinə dair indiyədək heç kəs tutarlı cavab verməyib. Musavat.com -un müxbirləri məsələyə aydınlıq gətirmək məqsədilə vətəndaş cəmiyyəti təmsilçiləri, qeyri-hökümət təşkilatları (QHT) sektoru nümayəndələri arasında kiçik bir sorğu aparıb və sensasion məqamları ortaya çıxarlb.

QHT sektorunda olan və X. Bağırova çox yaxın mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, onun qəfildən REAl-ın İdarə Heyətindən istefa verməsinin səbəbləri heç də özünün “facebook” səhifəsində göstərdiyi kimi deyil. Mənbəmizin bildirdiyinə görə, o, istefa verməklə, özünü yaxşı şahmatçı kimi aparmaq və hazırda olduğu məğlub vəziyyətdən çıxaraq heç olmasa heç-heçə ilə oyunu bitirmək niyyətində olub.

​Kənardan baxdıqda bu geniş auditoriya üçün uğurlu gediş təəssüratı yaratsa da, məsələdən xəbərdar olan sektor təmsilçisi onun sadəcə çarəsizlikdən bu addımı atdığını, böyük rüsvayçılığın qarşısını almaq üçün qrosmeyster oyunu qurduğunu, amma nəticəsinin necə olacağını heç özü də bilmədiyini iddia edib.

Hazırda məsələdən agah olan bütün şəxslər oyunun nə ilə bitəcəyini səbirsizliklə gözləyirlər. Axı ortada pul, qadın... və azından onlarla insanın şərəf məsələsi var...

Heç demə, çox hörmətli Xalid bəy yerli QHT-lərdən biri tərəfindən təlimlərlə cəlb edilib və külli miqdarda vəsaiti mənimsəyib. Hələ bu azmış kimi qulluq mövqeyindən istifadə edərək, layihələrə cəlb edilmiş gənc qadınları özündən asılı vəziyyətə salaraq onlarla özəl münasibətlər qururmuş. Hazırda həmin xanımların biri ilə xüsusi ilişki yaşayan Xalid bəy ətrafındakı insanların qınağından qurtulmaq, buraxdığı səhvlərin acı nəticəsini dost-tanışına yaşatmamaq üçün tədricən ictimai-siyasi sektordan uzaqlaşaraq xaricə köçmək niyyətindədir.

​Məsələylə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Araşdırmamızsa davam edir; mövzu və bu yazıdakı iddialarla bağlı əlavə məlumatlar təqdim edəcəyik.