Velosiped sürərkən maşın vurdu - FOTOLAR

11/12/2018 - 22:22 11 566 0   0  

Bu gün axşam saatlarında Salyan şəhərindəki Kür çayı körpüsünün yanaşma yolunda velosipedçini maşın vurub.

Suveren.az virtualaz.org-un Şirvan bürosuna istinadla xəbər verir ki, 37 yaşlı velosipedçi , Babazanlı qəsəbə sakini Şahin Fəxrəddin oğlu Lətifov körpüyə qalxaraq evlərinə getmək istəyərkən onunla eyni istiqamətdə hərəkətdə olan, Salyan şəhər sakini, 24 yaşlı Əvəzağa Əhməd oğlu Lətifovun idarə etdiyi 10-HG-424 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomaşınla vurulub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.