VASİF TALIBOV GÖMRÜK KOMİTƏSİNİN SƏDRİNİ İŞDƏN ÇIXARDI - Fərman

26/11/2018 - 17:43 12 094 0   0  

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib. Naxcivantv.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmanda deyilir:“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.
Onu da qeyd edək ki, Asəf Məmmədov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova yaxın kadrlardan sayılıb. Onların vaxtilə ali məktəbdə bir qrupda oxuduqları,  gəncluk illərindən dostluq etdikləri bildirilir. Bu baxımdan Asəf Məmmədovun vəzifəsindən azad edilməsi maraqla qarşılanıb.
Vasif Talıbovun belə bir qərar verməsinin səbəbi açıqlanmayıb. Ancaq Asəf Məmmədovun daha yüksək vəzifəyə təyin olunacağı da istisna edilmir.