Usta ehtiyatsızlıq nəticəsində öldü

17/12/2018 - 20:37 14 800 0   0  

Gəncədə usta ehtiyatsızlıq nəticəsində ölüb.

Suveren.az-ın “Qafqazinfo”ya  istinadla verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Yaşayış binasının dam örtüyünün yenilənməsi işi ilə məşğul olan 1984-cü il təvəllüdlü Hacıyev Elxan Misir oğlu hündürlükdən yıxılıb. Ağır bədən xəsarəti alan usta yerindəcə ölüb.

Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.