Ümmətin Unutduğu Qadın

23/03/2019 - 20:57 1 639 0   0  

Adı Afiyət Sıddıqidir, təxminən otuz yaşı var. Pakistanlı Nevrologiya mütəxəssisidir. Harvarddan fəxri diplom almış yeganə həkimdir. Müxtəlif universitetlərdən 144 fəxri diplomu var. Sinir sistemi sahəsində bir çox universitetdə işləyərək diplomlar alıb. ABŞ-da onun kimi 2-ci bir həkim yoxdur..

Tibb və Nevrologiya təhsilini ABŞ-ın ən səviyyəli universitetlərindən biri olan Massachusetts Texnologiya Universitetində almışdır. Anası, qardaşları və əri də həkimdir. Gördüyü işləri amerikalılara xəbər verən həyat yoldaşından ayrıldığı üçün üç uşağı da yanında qalmışdır.

Son olaraq insanları bioloji silahların təhlükəsindən qoruyacaq bir proqram üzərində işləyirdi. Bu proqramın müvəffəqiyyətlə nəticələnməsi ABŞ-ın milyardlarla dollar sərf etdiyi kimyəvi silahları təsirsiz hala gətirəcəkdi.

ABŞ kəşfiyyatı ona “proqramı dayandırmasını və gəldiyi nöqtəyə qədər olan halını böyük bir məbləğ qarşılığında satın almağı” təklif etdi. O isə “hələ bitirməmişəm”deyərək bu təklifi rədd etdi.

ABŞ kəşfiyyatı heç bir dəlil olmadan onu əl-Qaidə ilə əlaqədə olmaqda ittiham edərək üç uşağı ilə birlikdə Pakistandan icazə alaraq qaçırdı. 2003-cü ilin mart ayından bu günə qədər zindandadır.  ABŞ onu Əfqanıstanın ən “şöhrəti” Bagramhəbsxanasında kişilərlə birlikdə həbsdə saxlayır. Gözətçilər dayanmadan ona işgəncə edirlər. Edilən təcavüzlər səbəbiylə onun qışqırıqları gecə boyunca eşidilirdi.

İngilis qəzetinin (Yvonne Ridley) açıqlamasına görə ona edilən işgəncələrə nəinki bir qadın ən güclü kişilərin belə dözməsi mümkün deyildi. New Yorkda ilk dəfə məhkəməyə çıxdığında vəziyyəti ürək ağrıdırdı. Tutularkən sinəsindən yaralansa da doğru-dürüst müalicə edilməmişdi, böyrəklərindən biri və bağırsaqlarından bir qisimi götürülmüşdü. Ayaq üstə dayana bilmirdi, oturarkən də kiməsə söykənmək məcburiyyətində qalırdı. Çox zəif idi, bədənində qanamalar görülürdü.

Edilən işgəncələrin birini belə təsvir edir:

“Qurani Kərimi parçalayıb səhifələrini yerə sərərək qanları axan bir vəziyyətdə onun üzərindən getməsi istənmişdi. Məqsəd digər məhkumlara onun qanı ilə çirklənmiş Müqəddəs Kitabı göstərmək idi.”

Tutularkən qəbul etdirdikləri dərmanlar və sonrakı ağır işgəncələr səbəbiylə psixologiyası alt-üst olan, itən uşaqlarının ağrısıyla xəyal görməyə başlayan, ruhi və bədəni təcili müalicəyə möhtac olduğu halda buna icazə verilməyən məzlum Afiyətin son vəziyyəti haqqında heç bir məlumat yoxdur. Edilənlərin dünya ictimaiyyətinə  çatdırılması bunu bilən hər kəsin ilk vəzifəsi olmalıdır.

Anası bir dəfə onunla Ramazanda telefonla danışma imkanını tapmışdı. O zaman anasına bunları demişdi:

“Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi tez-tez yuxumda görürəm. Bir dəfə məni Hz. Aişə anamızın yanına  apardı “qızımızı yanına saxla” buyurdu.”

Afiyət Sıddıqinin başına gələnlərin hekayəsini mənə Ərəbcə bir mətn olaraq göndərənlər bu dua ilə yazını sonlandırıblar:

“Ey Hz. Yusuf aleyhissələm kimi zindana saxlanılan və Hz. Aişə radiyallahu anha kimi zülmə (böhtana) məruz qalan qızımız, Allah sənə dözüm versin, Allah sənə azadlığı lütf etsin. Əfəndimiz sallallahu aleyhi və səlləmin səni sevməsi nə böyük xoşbəxtlikdir. Cənnətin ən kiçik dərəcəsi belə sənə bütün ağrılarını unutduracaq, zalımlar isə etdiklərinin cəzasını mütləq çəkəcəklərdir!”

© Hayrettin Karaman

 beyyine.net