Ukrayna rusiyalıların ölkəyə daxil olmasına icazə verdi

28/12/2018 - 22:57 13 726 0   0  

Ukrayna hökuməti 16 yaşdan 60 yaşına kimi rusiyalı kişilərin ölkəyə daxil olmasına qoyulmuş qadağanı aradan qaldırıb.

Suveren.az “360” telekanalına istinadən xəbər verir ki, bununla belə dövlət sərhəd xidmətindən ölkəyə daxil olan rusiyalıların səfərlərinin məqsədi araşdırılacaq.

Xatırladaq ki, 16 yaşdan 60 yaşına kimi rusiyalı kişilərin Ukraynaya daxil olmasına qadağa Kerç boğazında baş vermiş hadisədən sonra qoyulmuşdu.