Ukrayna Rusiya hava bazalarını sovet pilotsuz təyyarələri ilə vurdu - AMERİKA MEDİASI

09/12/2022 - 11:50 433 0   0  

“Ukrayna Silahlı Qüvvələri ukraynalı mütəxəssislər tərəfindən modifikasiya edilmiş Sovet istehsalı olan Tu-141 pilotsuz uçuş aparatlarının köməyi ilə Rusiyanın Engels və Ryazan yaxınlığındakı iki aviabazasına hücum edib”.

Suveren.az xəbər verir ki, bu barədə “Politico” Ukrayna mənbələrinə istinadən yazır.

Bildirilir ki, bu hücumun sovet pilotsuz təyyarələrinin köməyi ilə edildiyini daha əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi. Rusiya ordusunu dəstəkləyən bloggerlər və jurnalistlər isə qeyd ediblər ki, söhbət 1960-cı illərdə yaradılmış və kəşfiyyat üçün nəzərdə tutulmuş Tu-141 “Strij” dronlarından gedir.

İndi bu versiyanı “Politico”-ya müsahibəsində əməliyyatın təfərrüatları ilə tanış olan iki Ukrayna mənbəsi təsdiqləyib. Onların fikrincə, dronları ukraynalı mütəxəssislər modifikasiya edib ki, bu da onların innovasiya qabiliyyətini sübut edir - Rusiya isə Ukraynaya İrandan zərbə endirmək üçün ucuz pilotsuz təyyarələr almağa məcburdur.

"Əsas uğur amili sürpriz oldu", - deyə "Politico" Ukraynanın hökumət strukturlarında çalışan həmsöhbətlərindən birinin sözlərini sitat gətirib: "Rusiya sadəcə olaraq belə bir şey gözləmirdi. İndi onlar buna hazır olacaqlar".

Mənbələrə görə, Tu-141-in modifikasiyası üçün istifadə edilən texnologiya Ukraynada hazırlanıb və ABŞ və ya digər Qərb ölkələri tərəfindən təmin edilməyib.

Suveren.az