Ukrayna prezidenti postuna 37 iddiaçı var

07/02/2019 - 17:59 2 449 0   0  

Ukraynanın Mərkəzi Seçki Komissiyası daha üç nəfərin prezidentliyə namizədliyini rəsmiləşdirib. Novator.az-ın məlumatına görə, qurumun 6 fevral iclasında Yuri Timoşenko, Andrey Novak və Vasili Juravlyov qeydiyyata alınıblar.

35 yaşa çatan, son 10 ildə Ukraynada daimi yaşayan, dövlət dilini bilən ölkə vətəndaşları prezidentliyə namizəd ola bilər. İddiaçılar 2,5 milyon qrivna girov qoymalıdır. Prezident seçilə və ya ikinci tura çıxa bilməyən şəxsin seçki girovu dövlət büdcəsinə köçürülür.
Martın 31-də keçiriləcək prezident seçkisinə daha əvvəl 34 nəfər buraxılıb: İqor Şevçenko, Andrey Sadovıy, Valentin Nalivayçenko, Sergey Kaplin, Vitali Skotsik, Anatoli Qritsenko, Yevgeni Murayev, Vitali Kupriy, Olqa Boqomolets, Aleksandr Şevçenko, Gennadi Balaşov, Roman Nəsirov, Yuri Boyko, Yuliya Timoşenko, Oleq Lyaşko, Aleksandr Moroz, Aleksandr Vilkul, Dmitri Dobrodomov, Arkadi Kornatski, Ruslan Koşulinski, Aleksandr Danilyuk, İlya Kiva, Sergey Taruta, İqor Smeşko, İnna Boqoslovskaya, Vladimir Zelenski, Yuri Derevyanko, Nikolay Qaber, Roman Bessmertni, Viktor Bondar, Viktor Krivenko, Sergey Nosenko, Sergey Krivonos, Ruslan Riqovanov.
Mərkəzi Seçki Komissiyası prezidentliyə iddiaçılardan sənədlərin qəbulunu fevralın 3-də başa çatdırıb. Həmin gün dövlət başçısı Pyotr Poroşenko sənədlərini komissiyaya təqdim edib.
1965-ci il təvəllüdlü Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.