Ukrayna dəniz qüvvələri Tanzaniyaya məxsus gəmini saxladılar

01/01/2019 - 23:52 2 461 0   0  

Ukrayna Hərbi-Dəniz Qüvvələri qanunsuz yüklərin daşınmasında şübhəli bilinən gəmi saxlayıblar. Suveren.az virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna HDQ komandanlığının mətbuat xidmətinin “Facebook” səhifəsində verdiyi məlumata əsasən, gəmi Tanzaniya bayrağı altında üzüb.

Gəmin saxlanması əməliyyatını “Priluki” raket kateri həyata keçirib. Tanzaniya gəmisi əvvəlcə üzüb gözdən itməyə cəhd etsə də, xəbərdarlıq atəşindən sonra Odessa limanına aparılıb.

Gəminin hansı adda yük daşıdığı barədə məlumat verilməyib.