UEFA Şotlandiya “Reyncers”ini cəzalandıra bilər

06/12/2018 - 21:17 1 807 0   0  

UEFA Şotlandiyanın “Reyncers” klubuna qarşı intizam işi açıb.

Suveren.az xəbər verir ki, buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının V turunda İspaniya “Vilyarreal”ı ilə ev oyunu zamanı davranışlarıdır.

“Reyncers” matç zamanı azarkeşlərin meydana daxil olmasına və kənar əşyaların atılmasına görə cəzalana bilər.

UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək.

Qeyd edək ki, oyunda hesab açılmayıb.