Ucqar yerlərdə çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr olunacaq

13/03/2019 - 20:34 3 481 0   0  

Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr ediləcək. 

Məlumata görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 26-cı maddəsində (Ümumi təhsil müəssisəsində təhsilverənlərin sosial müdafiəsi) qeyd edilib.

Sənəddə göstərilib ki, sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin  əmək haqlarına və vəzifə maaşlarına qanunvericilikdə müəyyən edilmiş qaydada əlavələr olunacaq.(ONA.az)