Üç deputata yeni VƏZİFƏ

24/12/2018 - 22:28 949 0   0  

Milli Məclisin üç deputatına yeni vəzifə veriləcək.

Bu barədə məsələ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi təklif edilir.

Dəyişikliklər parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.(teleqraf)