Təyyarədə siqaret çəkdi, məcburi eniş oldu

07/11/2018 - 21:39 1 648 0   0  

Rusiyada Maqas şəhərindən Moskvaya uçan təyyarə məcburi eniş etməli olub.

Suveren.az trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb göyərtədə sərnişinin siqaret çəkməsi olub.

“Pobeda” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri siqaret çəkməyə başlayıb. Nəticədə pilot təyyarəni Volqoqradda endirmək qərarı alıb.

Qaydanı pozan şəxs polis tərəfindən saxlanıldıqdan sonra təyyarə Moskvaya yolunu davam edib.