Türklərin tikdiyi fabriki Vladimir Putin açacaq

02/04/2019 - 13:56 8 770 0   0  

Türkiyənin tikinti şirkəti “ESTA”-nın alman avtomobil markası Mercedes-Benz üçün Rusiyada inşa etdiyi binanın açılışına az qalıb. İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, 18 aya və 250 milyon avroya başa gələn binanın aprelin 3-də Rusiya Prezidenti Vladimir Putin açılışın edəcək. Moskvanın şimalında, Esipovo Endüstri parkında yerləşən fabrik  85 hektar ərazini əhatə edir. Layihə Mercedes-Banzin Rusiyaya ən böyük yatırımı və ilk fabrikidir və ona SİRİUS adı verilib. Burada Mercedesin Evə SUV modelləri istehsal olunacaq.