“Türkiyənin Azərbaycanla bir olması Türk düşmənlərinə öldürücü zərbə olmuşdur”- TURAN PARTİYASI ONU HƏDƏLƏYƏNLƏRƏ SƏRT CAVAB VERDİ

27/07/2020 - 12:50 1 333 3   0  

Turan Partiyası onu hədələyən, Azərbaycanda Türk millətçilərini, Turançıları susdurmağa çağıran ermənipərəst “rus-fars” şovinist qüvvələrinə, Türk düşmənləri çətəsinə qarşı bəyanat qəbul edib.

Suveren.az bəyanatı olduğu kimi təqdim edir:

“Erməni-rus hərbi birliklərinin Azərbaycanın Tovuz bölgəsindən işğalçı hücumlarının püskürdülməsindən sonra, “rus-fars” şovinist dairələrinin ciddi narahatçılığı səngimək bilmir. Türkiyənin dövlət olaraq Azərbaycanla bir olması Türk düşmənlərinə öldürücü zərbə olmuşdur. Belə bir zamanda “rus-fars” şovenist dairələrinin sözçüləri hər nə gəldi danışmağa, hədələr dolu açıqlqmalar verməyə başlamışdır.

Belələrindən biri də özlərini Azərbaycanımızın bölünməz parçası olan Talış xalqımızın təmsilçisi adlandıran, Moskvada rus hərb kəşfiyatının qucağında böyüyən, Türk düşməni İsmayıl Şabanov adlı bir məxluqdur. Bu zat, şovinist rus internet tv lərindən, “Turan Partiyası yaradıblar, Azərbaycanı Türkiyəyə birləşdirirlər”, - deyə Turan Partiyasını hədələyir. Rus kəşfiyatına müraciət edir ki, Azərbaycanda Türk millətçilərini susdurun, onların qarşısını alın.

Bu zat General Polad bəy Həşimov və digər əsgərlərimizin şəhid olmasını Prezident İlham Əliyevlə bağlayıb, çirkin iftiralar atır. Rus hərb maşının qucağında oruran bu zavallı, Talış xalqının ziyalılarına da müraciət edib, onlara qoşulmalarını tələb edir, hədə-qorxu gəlir. Lənkəran bölgəsində yaşayan yurddaşlarımıza üzünü tutub, “siz əllərinizdə Türkiyə bayrağı dalğalandırıb, "ya Qarabağ, ya ölüm deyirsiniz"”, az qaldı, gəlib sizi cəzalandıracağıq havası çalır.

Bu zat ağalarının dilində danışaraq, “Azərbaycanda Əl-nusra var, tezliklə İran və Rusiya orada hərbi əməliyyatlar keçirəcək”, - deyir. “Bizim belimiz Rusiya və İrana bağlıdır", - söyləyərək, özünü aşkar ortaya qoyur.

Bütün hallarda hədəf Azərbaycandı, Türkiyədi, Azərbaycan-Türkiyə birliyi və Türk Dövlətlərinin birliyidir. Biz, Turan Partiyası olaraq, bu məxluqun başında duranlara deyirik, siz fars və rus millətinin adından istifadı edən, ən çox zərbəni də rus və fars xalqına vuran cinayətkar çətəsiniz. Sizin, adından danışdığınız İran və Rusiya dövlətlərinin əhalisinin böyük əksəriyyəti Türk millətidir. Siz Türk düşmənçiliyi etməklə ömrünüzü kəsirsiniz. Artıq zaman dəyişib, Azərbaycana və digər Türk dövlətlərinə qarşı bir həmlə etsəniz, Tehranda və Moskvada diz çökərsiniz. Azərbaycanda, Türkiyədə və digər Türk dövlətlərində yaşayan Talışlar da, Farslar da, Taciklərdə, Kürdlər də, Ləzgilər də, Avarlar da... gözəl bilir ki, onların milli-mədəni qalxınması, firavan, azad yaşaması Türk dövlətlərinin güclənməsinə və birliyinə bağlıdır.

Şabanov adlı zat, sənin kimilərinin başında duranlar, bu kimi erməniçiliklə, Türk düşmənçiliyi ilə az zamanda siyasi səhnədən gedəcəklər. Digər millətlər kimi, rus və fars xalqları da azadlıqlarına qovuşacaqdır”..