Türkiyəli iki tələbə qız Ukraynada öldürüldü

03/01/2019 - 21:06 15 358 0   0  

Ukraynada təhsil alan 2 türkiyəli tələbə qızın kirayədə qaldıqları evdə meyitləri aşkarlanıb.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, dostlarının bu barədə polisə məlumat verməsindən sonra onların qaldıqları mənzilə baxış keçirilib və qızların cansız bədənləri aşkarlanıb.

Məlumata görə, qızlardan biri sevgilisi tərəfindən uzun müddət idi ki, izlənilirdi.

Hazırda polis həmin oğlanın axtarışlarına başlayıb və faktla bağlı cinayət işi açılıb.