Türkiyədən Kerç çağırışı: - “Bölgədə gərginliyi artırmayın!”

26/11/2018 - 12:29 952 0   0  

Türkiyə Qara dənizdə savaşın bir addımlığına gələn Rusiya və Ukraynaya çağırış edib.

AzNews.az xəbər verir ki, Türkiyə XİN-nin rəsmi səhifəsindəki açıqlamada bildirilir:
“Azov dənizi və Kerç boğazında baş verən hadisələri və artan gərginliyi izləyirik. Bu çərçivədə Ukraynaya aid gəmilərə atəş açıldığı və yaralılar olduğu haqqında xəbərləri narahatlıqla dinləyirik.
Qara dəniz sahilində yerləşən bir ölkə kimi, Kerç boğazında hərəkətin əngəllənməməli olduğunu vurğulayırıq. Regional sülh və sabitliyi təhlükə altına atacaq addımlardan qaçınmağı, beynəlxalq hüquqa hörmət etməyi, anlayışla hərəkət edərək gərginliyi artırmamağa çağırırıq”.