TÜRKİYƏDƏ YÜKSƏK RÜTBƏLİ 6 MƏMUR HƏBS OLUNDU - Müdafiə sənayesinin sirlərini satıblar

12/01/2021 - 13:38 155 0   0  

Türkiyədə yerli müdafiə layihələri haqqında məlumatları xarici şirkətlərə ötürən bir qrup şəxs tutulub.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ankara Prokurorluğundan verilən məlumata görə, həbs əməliyyatı Milli Kəşfiyyat Təşkilatı (MİT) və Böyükşəhər Polis İdarəsi tərəfindən birgə həyata keçirilib.

Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin keçmiş əməkdaşı da daxil olmaqla ümumilikdə altı nəfər saxlanılıb.

Prokurorluq bir qrup şəxsin hərəkətlərinin il boyu izlənildiyini qeyd edib.

Həbs olunanlar müdafiə layihələri üzrə tenderlərlə bağlı saxtakarlıq ediblər.

Məlum olub ki, onlar müdafiə sənayesi İdarəsinin layihələri, tenderləri, qiymətləri və təchizat zəncirləri barədə xarici şirkətlərə məlumat veriblər. Bu isə həmin şirkətlərin rəqiblərlə müqayisədə əlverişli mövqeyə çıxmalarına imkan yaradıb./Virtualaz.org