Türkiyədə təyyarə qəzası

01/01/2019 - 23:21 2 095 0   0  

Türkiyənin Kocaeli vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Yerli mətbuatın yazdığına görə, "CESNA" tipli təkmotorlu təyyarədə iki nəfər olub. Təyyarənin pilotu xəsarətlər alıb.

Hadisə yerli vaxtla 14:30-da baş verib. Qəzaya səbəb təyyarənin mühərrikində nasazlıq göstərilir.

Yaralanan pilot xəstəxanaya çatdırılıb.