Türkiyədə seçki: Müxalifət paytaxt Ankarada qələbə elan edir, İstanbul mübahisəlidir

01/04/2019 - 10:55 5 074 0   0  

Reuters xəbər agentliyinin məlumatına görə Türkiyənin ana müxalifət partiysı bazar günü keçirilən bələdiyuyə seçkisində Ankara şəhərində qələbəsini erlan edib.

Xəbərdə deyilir ki, Ankaranı ilk dəfə müxalifətə uduzan Erdoğanın AKP partiyası İstanbulda da ağır rəqabətlə üzləşib. İstanbulda AKP-nin cüzi səs fərqi ilə irəlidə olduğu xəbər verilirdi.

Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri bisdlirib ki, onun partiyasının namizədləri Türkiyənin iki böyük şəhərində qalib gəliblər, habelə CHP öz istehkamı sayılan İzmir şəhərini də saxlaya bilib.

*

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçiləri sona yetdi.Hazırda səslərin hesablanması gedir.

Şərhçilər seçkini prezident Racep Tayyip Erdoganın hakim "Ədalət və inkişaf" partiyası üçün bir test hesab edirlər.

--

Türkiyədə bələdiyyə seçkiləri zamanı baş verən toqquşmalarda azı 2 nəfərin öldüyü xəbər verilir.

AzadlıqRadiosunun AFP və dpa agentiklərinə istinadla verdiyi məlumata görə, Malatya əyalətində baş verən atışma nəticəsində “Felisiti” adlı kiçik islamçı partiyanın 2 üzvü öldürülüb.

Haberler. Com saytı da səsvermə zamanı seçki məntəqəsində 2 qrup arasında atışma baş verdiyini və nəticədə Hasan Aktaş və İlyas Aktaş adlı müşahidəçilərin öldüklərini xəbər verir.

Mənbə bundan başqa daha bir nəfərin xəsarət aldığını xəbər verir.

Məlumata görə qətlin törədilməsində şübhəli bilinin 1 nəfər saxlanıb.

Diyarbəkr əyalətində də iki namizədin tərəfdarları arasında baş verən toqquşmada 2 nəfər yaralanıb.

Onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

Həmçinin kütləvi informasiya vasitələri (KİV) ölkənin cənub-şərqindəki seçki məntəqələrindən birində baş verən toqquşmalarda onlarla adamın xəsarət aldığını xəbər verirlər.

İstanbulda da seçki zamanı 15 nəfər arasında baş verən toqquşmada 1 nəfər bıçaqlanıb.

Seçkilər zamanı təhlükəsizliyin təmin edilməsinə 550 mindən çox polis və təhlükəsizlik qüvvələri cəlb edilib.

--

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri başlanıb.

Bir sıra rəy sorğularının nəticələrinə görə, prezident Racep Tayyip Erdogan-ın hakim partiyası paytaxt Ankara və digər iri şəhərlərdə məğlub ola bilər.

Bu barədə AzadlıqRadiosu qərb agentliklərinə istinadla məlumat yayıb.

Bu, 2017-ci ildə prezident Erdogana geniş səlahiyyətlər verilməsindən sonra ilk yerli seçkilərdir.

2002-ci ildə hakimiyyətə gələn Erdogan və onun “Ədalət və inkişaf” partiyası son dövrlərdə ölkədəki iqtisadi geriləmə, işsizlik və infilyasiyanın səviyyəsinin artmasına görə güclü müxalifətlə üzləşməyə başlayıb.

Erdoganın özü səsvermədə iştirak etməsə də son günlər bütün ölkə boyu seçki kampaniyaları keçirib.

Rəy sorğularına görə Ankarada mer seçkisində müxalifətin namizədi Mansur Yavaş liderlik edir.

Erdogan seçiqabağı kampaniyalar zamanı bir neçə dəfə ona hücum edib. Onu saxtakarlıq və vergidən yayınmaqda ittiham edib. Amma Yavaş ittihamları rədd edir.

Onun seçkidə əsas rəqibi hakim AKP partiyasının namizədi,keçmiş ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki-dir.

Türkiyənin hazırda təxminən 82 milyon əhalisi var.

Bunun 57 milyondan çoxunun səsvermə hüququ var.