Türkiyədə növbəti dəfə zəlzələ oldu

19/12/2018 - 21:51 1 999 0   0  

Türkiyənin Tekirdağ əyalətində zəlzələ baş verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Yeniköydə 3,1 bal gücündə təkanlar qeydə alınıb. Zəlzələ ocağı 1,2 km dərinlikdə yerləşib.

Xatırladaq ki, ötən gün Çanaqqalada 4 bal gücündə zəlzələ baş vermişdi.