Türkiyədə İŞİD üzvlərinə qarşı polis əməliyyatı

02/01/2019 - 22:29 16 057 0   0  

Bursa Terrorla Mübarizə Şöbəsi İŞİD üzvlərinə qarşı əməliyyat həyata keçirib.

Suveren.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, çoxlu sayda ünvana edilən əməliyyat nəticəsində 3-ü qadın olmaqla 12 nəfər saxlanılıb.

Saxlanılanlar arasında iki qadının fransız “İnterpol” təşkilatı tərəfindən qırmızı və mavi bülletenlə axtarışa verildiyi məlum olub.

Saxlanılanlardan biri məhkəmə zalında həbs edilib.