Türkiyədə 75 terrorçu zərərsizləşdirildi

04/02/2019 - 20:32 6 787 0   0  

2019-cu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hesabatında deyilir.

Bu müddət ərzində bir türk hərbçisi həlak olub, 3 nəfər isə yaralanıb.

Bundan başqa, yanvar ayı ərzində terrorçularla əlaqədə şübhəli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub.