Türkiyədə 48 pilot saxlanıldı

30/01/2019 - 15:31 1 606 0   0  

Türkiyənin paytaxtı Ankarada "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində növbəti əməliyyat keçirilib.

Yerli mətbuat xəbər verir ki, əməliyyat nəticəsində Hərbi Hava Qüvvələrinin 48 pilotu saxlanılıb.
Saxlanılanlar arasında 3 polkovnik, 4 mayor və 4 leytenant olub.
Qeyd olunur ki, saxlanılan pilotlar "FETÖ" ilə sıx əlaqədə olublar.