Türkiyə Xaşogi işi ilə bağlı 18 səudiyyəlinin həbsinə order verdi

30/11/2018 - 19:05 1 903 0   0  

Türkiyə məhkəməsi müxalif jurnalist Camal Xaşoginin qətlində şübhəli bilinən Səudiyyə Ərəbistanının 18 vətəndaşının həbsi ilə bağlı order verib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmə bu qərarı İstanbul prokurorunun sorğusuna əsasən qəbul edib.

Bildirilir ki, həmin 18 nəfərdən 15-i cinayətin törədildiyi vaxt Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda olub.