Türkiyə terroristlərin maliyyə mənbəyini qurudur

13/12/2018 - 22:25 4 753 0   0  

Türkiyə FETÖ terror təşkilatının lideri, ABŞ-a sığınan Fətullah Gülənin tərəfdarlarının maliyyə mənbələrini hədəfə alacaq yeni tədbirlərə start verəcək.

Suveren.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı çıxışında bəyan edib.

Onun sözlərinə görə, FETÖ-çülərə qarşı bu yeni əməliyyat təşəbbüsü Türkiyə hüdudlarından kənarda xarici sponsorlara qarşı həyata keçiriləcək.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulunda Türkiyədəki dövlət çevrilişinə cəhddə ittiham edilir.