"Türkiyə Rusiyadan S-400 almaqdan imtina etməyəcək" - Mətbuat katibi

15/01/2019 - 23:46 15 538 0   0  

Ankara Rusiyanın S-400 raket-zenit sistemlərini almaqdan imtina etməyəcək.

Suveren.az oxu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, ölkəsi Rusiya və ABŞ istehsalı olan zenit-raket komplekslərinin alınması arasında əlaqə görmür.

“Milli təhlükəsizliyimizin təmin edilməsi üçün lazım olanları edəcəyik. Ankara lazım olan texnologiyaları istənilən ölkədə alacaq”, - deyə o vurğulayıb.