Türkiyə İraqa zərbələr endirdi

30/10/2018 - 22:30 4 327 0   0  

Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 7 döyüşçüsü, habelə silah-sursat anbarları məhv edilib.

Qeyd olunur ki, zərərsizləşdirilən terrorçular Türkiyə bazalarına hücum planlaşdırırmış.  \\oxu.az