Türkiyə ilk dəfə Fərat çayının şərq sahilində terrorçulara zərbə endirdi

28/10/2018 - 20:29 6 259 0   0  

Türkiyə Silahlı Qüvvələri Suriyada YPG/PKK mövqelərini artilleriyadan atəşə tutub.

Suveren.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, artilleriya zərbələri terrorçuların Ayn-əl-Ərəb şəhərinin Zor Maqar rayonundakı mövqelərinə endirilib.

Zor Maqar rayonu Fərat çayının şərq sahilində yerləşir və Türkiyənin sərhədi görünən strateji əhəmiyyətli yüksəklikdir.