Türkiyə DİN başçısı: "İranla birlikdə PKK-ya qarşı əməliyyat keçirəcəyik”

06/03/2019 - 14:25 2 653 0   0  

“Terrorçu PKK qruplaşmasına qarşı İranla ortaq əməliyyat keçirəcəyik”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süeyman Soylu “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“İranla birlikdə PKK-ya qarşı əməliyyat keçirəcəyik. Bu məsələdə addımlar atmağa çalışırıq. Kəşfiyyat məlumatlarını qarşılıqlı dəyərləndirməyimiz əsas məsələdir”, - deyə nazir vurğulayıb.