Türkçülüyü təbliğ edən Facebook qrupu DAĞIDILDI

05/11/2018 - 21:16 10 312 0   0  

Azərbaycan sosial şəbəkə istifadəçilərin ən çox müraciət etdiyi, türkçülüyü və dövlətçiliyi təbliğ edən Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı qrupu və səhifəsini hakerlər dağıdıb. Belə ki, politoloq Umuxanım Hüseynzadəni yaradıcısı olduğu Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı səhifəsinin adminliyindən çıxarıblar.

Suveren.az xəbər verir ki, bu barədə U.Hüseynzadə özü məlumat verib. Onun sözlərinə görə, haker hücumuna məruz qalmasına səbəb səhifədə türkçülüyə aid paylaşımlar etməsi olub: "İctimaiyyəti maatifləndirən, ona ziyalılarımızın aydın təfəkkürlü məqalələri, tarixi araşdırmaları vasitəsilə ideoloji yön göstərən, illərdir türkçülüyün, milli əqidənin inkişafına və formalaşmasına xidmət göstərən 120.000 üzvdən ibarət olan "Bütün Dünya Türkləri Birləşin" qrupumuzu hakkerlərin əli ilə dağıdıblar. Məni öz zəhmətimlə yaratdığım "Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı" səhifəsindən adminlikdən çıxarıblar. Bu, qarşımdakıların cılızlığını bir daha sübut etdi. Bu iyrənc əməlləri ilə düşünməsinlər ki, məni zəiflədə bildilər. Gücümə bir daha güc qatdılar.

Bu gündən etibarən artıq sadəcə qrup halında deyil, Vətənimiz, millətimiz üçün təşkilat halında birləşib dünyaya sözümüzü çatdıracayıq. "Bütün Dünya Türkləri Birləşin" səhifəsi bu andan etibarən sayt və portalların üzünə açıqdır. Səhifəni bəyənərək aktuallaşdırmaq ixtiyarınıza verilir. Dəyərli media mənsubları, dostlar və əzizlərim, bundan sonra buyurub paylaşımlarınızı səhifəmiz və yeni yaratdığımız "Bütün Dünya Türkləri Birləşin" qrupumuz vasitəsilə işıqlandıra bilərsiniz".