Türk ordusundan möhtəşəm GÜC NÜMAYİŞİ - FOTO/VİDEO

16/10/2018 - 12:18 1 063 0   0  

Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün keçiriləcək əməliyyata ciddi hazırlaşır.

Türkiyə mediası “Mehmetcik”in ASA-ya verdiyi təlimdən çəkilən görüntüləri dərc edib.
Görüntülər əsgərlərin təlimlərdə nə qədər çətin tapşırıqları yerinə yetirdiyini göstərir. Türkiyə KİV-inin yazdığına görə, görüntülər Münbiçdə türk əsgəri və ASO ilə vuruşmağı gözə alan terrorçular üçün gözdağıdır.
Daha əvvəl ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Ebu Faysal deyib ki, Türkiyə ordusu və ASO Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir. Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.
“PKK-nın yeganə ümidi bölgədəki ABŞ əsgərləri və zirehli texnikasıdır. Münbiçdə 5 min terrorçu var və onlara qarşı yeddi cəbhədən hücuma keçiləcək. Türk ordusu və ASO Münbiçlə başlayacaq təmizlik hərəkatını İraq sərhədinə qədər davam etdirə bilmək gücündədir”, - deyə o vurğulayıb.