“Trampla Putin kosmosda görüşsünlər” - SƏFİRDƏN QEYRİ-ADİ TƏKLİF

13/02/2019 - 23:48 4 567 0   0  

ABŞ-ın Moskvadakı səfiri Con Hantsman gözlənilməz təklif edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, səfir Rusiya və ABŞ prezidentlərinin yeni görüşünü kosmosda təşkil etmək fikrini irəli sürüb. Əlbəttə, bu təklif zarafatyana səsləndirilib.

Hantsman deyib ki, “bununla da qravitasiya qüvvəsinin öhdəsindən gəlmək mümkün olacaq. Bu isə “bizim üçün mümkün olmayan şey yoxdur” təəssüratı yaradacaq”.