Trampdan SENSASİON TƏKLİF: “Mən, Putin və Cinpin...”

03/12/2018 - 19:32 1 612 0   0  

ABŞ prezidenti Donald Tramp əmindir ki, nə vaxtsa gələcəkdə Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpinlə qızğın silahlanma yarışının dayandırılması haqqında məsələni müzakirə edəcək.

Suveren.az publika.az-a istinadla xəbər verir ki, Tramp bu haqda tvitter hesabında yazıb.

“Mən əminəm ki, gələcəkdə Si Cinpin, Vladimir Putin və mən birlikdə, genişmiqyaslı və qarşısıalınmaz olan qızğın silahlanmanın effektiv dayandırılması haqqında danışıqlara başlayacağıq”, - ABŞ lideri qeyd edib.

O əlavə edib ki, ABŞ son bir il ərzində silahlanmaya 716 milyard dollar xərcləyərək ağılsızlıq edib.