Trampdan gərginlik yaradacaq yeni PLAN

02/02/2019 - 22:33 1 768 0   0  

ABŞ Fələstinə bütün maliyyə yardımını dayandırıb. Donald Tramp adminstrasiyasının bu qərarı Fələstin hakmiyyətini Vaşinqtonun “Böyük sülh” planı qəbul etməməsindən irəli gəlir.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun bu planı Fələstinin maraqlarını əks etdirmir və regionda sərhədlərin dəyişdirilməsinə xidmət edir:

“Qənaətimə görə, Trampın bu qərarının arxasında ABŞ-dakı yəhudi lobbisi durur. Trampın kürəkəni Jared Kuşner də əslən yəhudidir və o bu planın iştirakçısıdır. Bu plana əsasən, Qüds tamamilə Fələstindən alınaraq İsrailə verilməlidir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ-ın təzyiqləri Fələstini Rusiya ilə yaxınlaşmağa məcbur edə bilər: “Əlbəttə, Yaxın Şərqdə ABŞ-a qarşı təzyiqləri gücləndirmək üçün Fələstində möhkəmlənmək Rusiyanın da maraqlarına uyğun ola bilər”.(teleqraf)