Tramp ötən il 35 milyon dollar qazanıb – Daşınmaz əmlak satışından

14/01/2019 - 11:14 2 143 0   0  

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp 2018-ci ildə daşınmaz əmlak satışından 35 milyon dollara yaxın gəlir əldə edib.

Əmlak arxivlərinə və açıq mənbələrin məlumatlarına istinadla, bu barədə «Forbes» xəbər veib.

Qeyd olunur ki, pulların böyük qismi Nyu-Yorkdakı yaşayış kompleksinin satışından əldə olunub – bu sövdədən Tramp 20 milyon dollara yaxın gəlir götürüb. Daha 5,5 milyon dollar isə Las-Veqasdakı 64 mərtəbəli elit qüllənin daxilindəki obyektlərin satışından qazanılıb.

Nəşr xatırladır ki, prezident vəzifəsinin icrasına başlamazdan əvvəl Tramp öz aktivlərini idarə etmək hüququnu oğlanlarına verib, amma biznesinin sahibi olaraq qalıb. Nəşr hesab edir ki, hal-hazırda Tramp 437 milyon dollarlıq yaşayış təyinatlı daşınmaz əmlaka sahibdir.