Tramp Kim Çen Inla görüşəcək

07/11/2018 - 23:40 19 828 0   0  

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, KXDR lideri Kim Çen Inla 2019-cu ildə görüşəcək.

Suveren.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri mətbuat konfransında deyib.

Trampın sözlərinə görə, o, görüşə "tələsmir", çünki sanksiyalar KXDR-ə qarşı işləyir, Pxenyan isə daha çox raketlər buraxmır.

Qeyd edək ki, iki ölkə rəhbəri bu ilin yayında Sinqapurda görüşüblər.